• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Jurnalistin səhhəti ilə bağlı Prezident və xanımına müraciət edilib

Jurnalistin səhhəti ilə bağlı Prezident və xanımına müraciət edilib
17.03.2025 15:34

Jurnalist, Qaynarinfo-nun redaktoru Azər Rəşidoğlu ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib. 

Onkoloji problemləri olan Azər Rəşidoğlu ilə bağlı müraciəti media rəhbərləri, QHT təmsilçiləri və ölkənin tanınmış ictimaiyyət adamları imzalayıb. 

Həmin müraciəti təqdim edirik: 

"Hörmətli cənab Prezident, 
Hörmətli Mehriban xanım,

Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir.

Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərinin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. Bu səbəbdən xəstəliyin müayinə edilməsi və müalicənin uğurlu olması üçün xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi və buna uyğun külli miqdarda vəsaitin ayrılması tələb olunur.

Hal-hazırda Azər Rəşidoğlunun müalicəsi üçün gərəkli olan vəsaitin dəqiq məbləği müəyyənləşdirilməyib. Lakin məlumdur ki, müalicənin davamı və xarici ölkələrdə təchizatlı müayinə və əməliyyatların həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Təəssüf ki, Azər Rəşidoğlunun bu müalicəni həyata keçirmək üçün şəxsi maddi imkanları yoxdur.

Qeyd edək ki, Azər Rəşidoğlu 35 ildir Azərbaycan mətbuatında çalışan tanınmış imza sahibi olan jurnalistdir. O, vətənpərvərliyi, analitik təhlil yazıları ilə tanınır və milli-mənəvi dəyərlərimizə sədaqətli jurnalistlərimizdəndir. 

Hörmətli cənab Prezident! 
Hörmətli Mehriban xanım! 

Azərbaycan cəmiyyətində yüksək hörmətə layiq olan və etimad göstərilən, uzun illər boyu media sahəsində xidmət etmiş, ölkəmizin nüfuzlu jurnalistlərindən biri olan Azər Rəşidoğlunun həyatı və sağlığına yardım göstərilməsi, onun müalicə xərclərinin qarşılanması üçün Sizin yüksək diqqətinizə və yardımınıza ehtiyacı var.

Azər Rəşidoğlunun sağlamlığına qovuşmasının təmin olunması məqsədilə xarici ölkələrin birində müayinə və müalicəsi üçün dəstəyinizi və qayğınızı əsirgəməməyi Sizdən xahiş edirik. Müraciətimizi dəyərləndirərək, bu çətin dönəmdə ona kömək olmağınız ölkəmizin bir çox insanları tərəfindən böyük minnətdarlıqla qarşılanacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı - Video
Cəmiyyət 23:56
Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı - Video
Bakıda bəzi ərazilərdə suyun verilişi dayandırılıb
Cəmiyyət 22:44
Bakıda bəzi ərazilərdə suyun verilişi dayandırılıb
Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ
Cəmiyyət 20:59
Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi – MƏHKƏMƏ
Ramazanın 18-ci gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 18-ci gününün duası,imsak və iftar vaxtı
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib
Cəmiyyət 19:10
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib
Bakıda 15 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
Cəmiyyət 18:38
Bakıda 15 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:34
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi prokurorluğu araşdırıb
Cəmiyyət 18:20
İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi prokurorluğu araşdırıb
Polislərin maaşı artırılıb - Rəsmi
Cəmiyyət 17:36
Polislərin maaşı artırılıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol