Bakıda bəzi ərazilərdə suyun verilişi dayandırılıb

Bakının Yasamal rayonunda suyun verilişində fasilələr yaranıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Zivər bəy Əhmədbəyov (Nizami metrosunun yanı) küçəsində artıq bir neçə saatdır su gəlmir.
Səbəb olaraq isə paytaxtın Səbail rayonu, Neftçilər prospektində (Azneft dairəsinin yanı) su xəttində qəzanın olması bildirilir.
Həmçinin Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində Bülbülə magistral su xəttindəki qəza ilə əlaqədar Sabunçu rayonu, Ramana qəsəbəsində də suyun verilişi dayandırılıb.