• $ 1.7
  • € 1.8499
  • ₽ 1.9883
  • ₺ 0.0464
  • £ 2.1989

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib

BDYPİ qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib
18.03.2025 11:08

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə qeyd olunub ki, bayramla əlaqədar qeyri-iş günlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri fasiləsiz olaraq, hər gün saat 09:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Bununla yanaşı, qeyri-iş günlərində nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi prosesində fasiləsizliyin təmin edilməsi üçün Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsində, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələrində xidmət saat 09:00-dan 18:00-dək təşkil olunacaq.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarının çoxluğunu və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərə güclü külək əsir - Faktiki hava
Cəmiyyət 16:22
Bəzi yerlərə güclü külək əsir - Faktiki hava
FHN hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 15:51
FHN hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
Baş nazir qəzalı binalarla bağlı tapşırıqlar verib
Cəmiyyət 15:20
Baş nazir qəzalı binalarla bağlı tapşırıqlar verib

Bu gecə hava kəskin dəyişəcək, temperatur 18 dərəcə enəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:14
Bu gecə hava kəskin dəyişəcək, temperatur 18 dərəcə enəcək - XƏBƏRDARLIQ
Rüfət Səfərovun həbs qətimkan tədbirinin müddəti uzadılıb
Cəmiyyət 13:28
Rüfət Səfərovun həbs qətimkan tədbirinin müddəti uzadılıb
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib
Cəmiyyət 12:27
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib
Deputat altsheymer xəstələrinə sosial xidmətlərin göstərilməsini təklif edir
Cəmiyyət 12:20
Deputat altsheymer xəstələrinə sosial xidmətlərin göstərilməsini təklif edir
Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək
Cəmiyyət 12:20
Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək
İki Avropa ölkəsi Ukraynaya yardımı dayandırır
Cəmiyyət 12:18
İki Avropa ölkəsi Ukraynaya yardımı dayandırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol