Deputat təklif edir ki, iş adamları üçün ciddi vergi güzəştləri olsun

Ölkənin müxtəlif şəhər və rayonlarında iqtisadi fəallıq azalıb. Bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
"Ölkənin bir yerində iş yerinin bağlanması və digər yerində açılması narahatedici məqamlar yaradır. Eyni zamanda xarici sərmayələrin cəlb olunmasında problemlər görünür. Təklif edirəm ki, bu problemləri aradan qaldırmaq üçün ciddi vergi güzəştləri tətbiq edilsin. Bu təklif xarici investorlar üçün də keçərli olsun.
Deputat həmçinin təklif edib ki, infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilsin, konkret biznes layihələrini hazır paket şəklində simvolik qiymətə sərmayəçilərə satsınlar.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 