• $ 1.7
  • € 1.8499
  • ₽ 1.9883
  • ₺ 0.0464
  • £ 2.1989

Prezidentdən AMEA ilə bağlı - Sərəncam

Prezidentdən AMEA ilə bağlı - Sərəncam
18.03.2025 19:08

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Cəmiyyət 23:14
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurub
Cəmiyyət 22:27
Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurub
Neft Daşlarında kran dənizə düşüb, maşinist ölüb
Cəmiyyət 21:45
Neft Daşlarında kran dənizə düşüb, maşinist ölüb
Ramazanın 19-cu gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:06
Ramazanın 19-cu gününün duası,imsak və iftar vaxtı
Qaxda dağlıq ərazi yanır
Cəmiyyət 19:22
Qaxda dağlıq ərazi yanır
Prezidentdən AMEA ilə bağlı - Sərəncam
Cəmiyyət 19:08
Prezidentdən AMEA ilə bağlı - Sərəncam
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
Cəmiyyət 18:30
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
Bakıda ev yanıb,3 nəfər ölüb
Cəmiyyət 18:13
Bakıda ev yanıb,3 nəfər ölüb
Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib
Cəmiyyət 18:06
Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol