• $ 1.7
  • € 1.8499
  • ₽ 1.9883
  • ₺ 0.0464
  • £ 2.1989

DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
18.03.2025 23:14

Novruz bayramı ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artması gözlənilir. Əhalinin bölgələrə, kəndlərə səfərlərinin artması, bayram şənliklərinin keçirildiyi məkanlarda sıxlığın yaranması nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu barədə DYP-dən bildirilib.

Qeyd olunub ki, bu müddətdə respublikanın magistral yollarında, şəhərlərə və rayon mərkəzlərinə giriş-çıxışlarda, turizm və istirahət zonalarına aparan yollarda nəzarət tədbirləri gücləndiriləcək:

“Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları xüsusilə diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülərə uzun səfərlər öncəsi nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun halda sükan arxasına əyləşməmələri tövsiyə edilir.

Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərə isə reysqabağı nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə saxlamaq və sürət həddini aşmamaq tövsiyə olunur”.

Baş DYP İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarının bayramını təbrik edir və  yol hərəkəti təhlükəsizliyə birgə töhfə verməyi xahiş edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Cəmiyyət 23:14
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurub
Cəmiyyət 22:27
Sumqayıtda ana və azyaşlı oğlunu maşın vurub
Neft Daşlarında kran dənizə düşüb, maşinist ölüb
Cəmiyyət 21:45
Neft Daşlarında kran dənizə düşüb, maşinist ölüb
Ramazanın 19-cu gününün duası,imsak və iftar vaxtı
Cəmiyyət 21:06
Ramazanın 19-cu gününün duası,imsak və iftar vaxtı
Qaxda dağlıq ərazi yanır
Cəmiyyət 19:22
Qaxda dağlıq ərazi yanır
Prezidentdən AMEA ilə bağlı - Sərəncam
Cəmiyyət 19:08
Prezidentdən AMEA ilə bağlı - Sərəncam
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
Cəmiyyət 18:30
Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
Bakıda ev yanıb,3 nəfər ölüb
Cəmiyyət 18:13
Bakıda ev yanıb,3 nəfər ölüb
Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib
Cəmiyyət 18:06
Abşeronda 8 marşrut xəttinin fəaliyyəti əvvəlki sxem üzrə bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol