• $ 1.7
  • € 1.8499
  • ₽ 1.9883
  • ₺ 0.0464
  • £ 2.1989

Polşa sərhədlərini minalaya bilər

Polşa sərhədlərini minalaya bilər
19.03.2025 10:14

Polşanın şərq sərhədində, yəni Belarusla sərhəddə piyada əleyhinə minalar yerləşdirə bilər. Bu barədə Polşanın RMF 24 radiostansiyası məlumat yayıb.

Varşava həmçinin Şərq Qalxanı layihəsi çərçivəsində “vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün” şərq sərhədində digər istehkamlar tikməyi planlaşdırır. Polşa şimalda Rusiya ilə həmsərhəddir.

Martın 18-də Polşa, Estoniya, Latviya və Litvanın müdafiə nazirlikləri bu ölkələrin hökumətlərinə piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmağı təklif ediblər.

Litva Müdafiə Nazirliyi bu tövsiyəni “Rusiya ilə həmsərhəd olan ölkələrin öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görməyə hazır olduğuna dair aydın siqnal” adlandırıb.

Qeyd olunur ki, Rusiya Ottava Konvensiyasının iştirakçısı deyil və böyük piyada əleyhinə mina ehtiyatına malikdir. Səudiyyə Ərəbistanı və İsrail də sazişi imzalamayıb. Üstəlik, Ukrayna bu konvensiyanı 2005-ci ildə ratifikasiya edib.

Eyni zamanda Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib ki, Estoniyanın milli müdafiəsini təmin etmək üçün piyada əleyhinə minaların yerləşdirilməsinə ehtiyac yoxdur.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Süni İntellekt Akademiyası yaradılacaq
Cəmiyyət 13:58
Süni İntellekt Akademiyası yaradılacaq
“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
Cəmiyyət 13:24
“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Qazaxıstanda saxlanılaraq gətirilib
Cəmiyyət 12:56
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Qazaxıstanda saxlanılaraq gətirilib
В TƏBİB рассказали о состоянии пострадавших в результате автонаезда в Гяндже
Cəmiyyət 12:28
В TƏBİB рассказали о состоянии пострадавших в результате автонаезда в Гяндже
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:24
Sabahın havası açıqlanıb
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 12:12
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cari ilin iki ayında əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 11:21
Cari ilin iki ayında əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib
Bu gün Suqovuşan kəndinə 20 ailə köçürüləcək
Cəmiyyət 11:13
Bu gün Suqovuşan kəndinə 20 ailə köçürüləcək
Kriptovalyuta göstəriciləri açıqlanıb
Cəmiyyət 11:00
Kriptovalyuta göstəriciləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol