Kriptovalyuta göstəriciləri açıqlanıb

Kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti 0.13% bahalaşaraq 83 076 ABŞ dolları təşkil edib. Bu barədə “CoinMarketCap” platformasında dərc olunub.
Bildirilib ki, İlk beşlikdə olan XRP son sutkada 0.28% bahalaşıb, BNB isə 2.29% ucuzlaşıb.
ABŞ Prezidenti Donald Trampın strateji kriptovalyuta ehtiyatı yaratmaq barədə fərman imzalaması fonunda Bitkoinin qiyməti 85,7 min dollara qədər enmişdi. Lakin investorların bazara güvəninin artması və tələb-təklif balansının dəyişməsi nəticəsində Bitkoin qısa müddətdə rekord həddə çatıb.
Bitkoinin qiyməti sonuncu dəfə 2024-cü il dekabrın 17-də 108,353 min dollara qədər yüksələrək bütün zamanların ən yüksək həddinə çatmışdı.
Aytac
Son xəbərlər
Daha çox 