Bu gün Suqovuşan kəndinə 20 ailə köçürüləcək

Bu gün Suqovuşan kəndinə 20 ailə köçürüləcək. Bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə olmaqla 591 nəfər siyahıya alınıb.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Aytac
Son xəbərlər
Daha çox 