• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Elmlər Akademiyası: Nizami Gəncəvinin kürd kökləri olub

Milli Elmlər Akademiyası: Nizami Gəncəvinin kürd kökləri olub
16.01.2014 19:04
İran İslam Respublikasında Nizami Gəncəvinin fars şairi olması ilə bağlı ortaya atılan fikirlər Azərbaycan ədəbiyyatşünas və alimlərini xeyli narahat edib.ANN.Az Simsar.az-a istinadən xəbər verir ki, Azərbaycan şairi olan və Gəncədə doğulan Nizaminin, əsərlərini farsca qələmə alsa da türk şairi olduğunu bir daha vurğulamaq üçün ölkəmizdə şairin 870 illik yubileyi keçirilib, Romada abidəsi ucaldılıb, Gəncədə Beynəlxalq Nizami Mərkəzi təşkil olunub. Yaranan yanlış fikrin aradan qaldırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin fars şairi olmadığını sübut etməyə çalışır.Dünən AMEA Rəyasət Heyətinin iclasında da həmin məsələ gündəmə gətirilib. Akademiyanın prezidenti, akademik Akif Əlizadə öz çıxışında bildirib ki, “Dahi Azərbaycan şair və mütəfəkkiri Nizamiyə bir İran şairi kimi yanaşmanı aradan qaldırmaq üçün elmi fəaliyyətini nizamişünaslığa bağlamış alimlərimizin də üzərinə mühüm vəzifələr düşür. Onların apardığı tədqiqatlar böyük əhəmiyyət kəsb edir. Uğurlu tədqiqatların bir qismi məhz Ədəbiyyat İnstitutunda aparılır və mühüm nəticələr əldə olunur”.Daha sonra institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü professor Teymur Kərimli “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq” adlı məruzə ilə çıxış edib.O, Nizami Gəncəvnin nə üçün doğma dildə yazmamasının obyektiv və subyektiv səbəblərindən danışıb. Və şairin həyatına dair faktları ortaya qoyaraq, onun əsl Azərbaycan şairi olduğunu əsərləri ilə sübut etdiyini vurğulayıb: “Nizami Gəncəvinin XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncədə doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edilir. Şairin dilində çoxlu türk sözləri işlənib. “Leyli və Məcnun” poemasında öz anasını kürd qızı, “Xosrov və Şirin” poemasında isə özünü saf türk sözü ilə “ikdiş”, yəni “metis” adlandırıb. O, əsərdə “sirkə” deyərkən öz kürd anasını, “bal” deyərkən isə türk atasını nəzərdə tutub”.Qeyd edək ki, AMEA Rəyasət Heyətinin qərarına görə, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazlar daha əhatəli şəkildə araşdırılacaq, Rusiya, Avropa və Amerikanın şərqşünaslıq mərkəzlərində təbliğ məqsədi ilə elmi ezamiyyətlər həyata keçiriləcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol