“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

İnnovasiya və sürət lideri “Bakcell” Təhsilin İnkişafı Fondu (TİF) ilə birgə əməkdaşlığı
çərçivəsində tələbələrə DaimOnline paketi ilə 5GB internet hədiyyə edir. Belə ki,
“TələbəPlus” kartına sahib olan tələbələr bu üstünlükdən faydalana biləcəklər.
Bu əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların
akademik və şəxsi inkişafını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışını təmin
etməkdir.
Əməkdaşlıq çərçivəsində “TələbəPlus” kart sahibləri üçün xüsusi güzəştlər və əlavə
imkanlar nəzərdə tutulur. DaimOnline paketi çərçivəsində tələbələrə hər ay 5GB əlavə
internet bonusu təqdim ediləcək. Bu bonus onların təhsil prosesində onlayn
resurslardan daha rahat və sərbəst şəkildə faydalanmasına imkan yaradacaq.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda
“Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər
vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun
tərkibinə daxildir.