Qaxda qadın iynədən şoka düşərək ölüb

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.
Anews.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 