Gürcüstanda narkotik cinayətlərində təqsirli bilinən biri azərbaycancalı 4 əcnəbi saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti polis idarəsinin Zuqdidi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 4 əcnəbi saxlanılıb.
bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşlarıdır. Məlumata görə, 1993-cü il təvəllüdlü D.A, 1994-cü il təvəllüdlü A.E, 1986-cı il təvəllüdlü A.V. və 1996-cı il təvəllüdlü N.M. qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək ittihamı saxlanılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik ittihamı ilə həbs edilmiş şəxslərin şəxsi əşyalarına və nəqliyyat vasitələrinə baxış keçirərkən sübut kimi 54 ədəd bağlamada qablaşdırılan külli miqdarda kokain və metadon götürüblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması maddəsi ilə bağlı istintaq aparılır. Cinayət işi üzrə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Son xəbərlər
Daha çox 