• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

Vətəndaşın evini uçuran şirkətin icazəsi yox imiş - Rəsmi -Yenilənib

Vətəndaşın evini uçuran şirkətin icazəsi yox imiş - Rəsmi -Yenilənib
27.03.2025 18:34

Yasamal rayonu, Alatava ərazisindəki söküntü işlərinin müvafiq icazə olmadan aparıldığı müəyyən olunub.Bu barədə Qaynarinfo-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd olunub ki, həmin ərazidə aparılan söküntü işləri ilə əlaqədar bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib:

"Qeyd edək ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim ediləcək”.

15:24

Bu gün paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

***

Paytaxtın Yasamal rayonu Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb.Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ərazidə tikintinin "Melissa Group" tərəfindən aparıldığı bildirilir.

Hadisənin detalları hələlik məlum deyil.

Əraziyə FHN xilasediciləri və təcili tibbi yardım personalı cəlb olunub.

Məsələ ilə bağlı "Melissa Group"dan verilən açıqlamada hadisənin araşdırıdığı bildirilib:

"Məsələ aidiyyəti bölməyə bildirilib. Hazırda araşdırma gedir. Tərəfimizdən geri dönüş olunacaq"- şirkətdən deyilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 20:31
Bakıda mənzildə meyit tapılıb
Bakıda yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 18:29
Bakıda yaşayış binasında yanğın olub - Video
Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:49
Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 15:35
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şəmkirdə arxda kişi meyiti tapılıb
Cəmiyyət 14:25
Şəmkirdə arxda kişi meyiti tapılıb
Məkkədə 4 milyondan çox müsəlman bayram namazı qılıb
Cəmiyyət 13:52
Məkkədə 4 milyondan çox müsəlman bayram namazı qılıb
Biləsuvarda polis əməliyyatı - narkotik vasitə və silah-sursat aşkarlandı
Cəmiyyət 13:23
Biləsuvarda polis əməliyyatı - narkotik vasitə və silah-sursat aşkarlandı
Sabahın hava proqnozu
Cəmiyyət 12:16
Sabahın hava proqnozu
Son 5 gündə Bakıya daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 12:03
Son 5 gündə Bakıya daşınan sərnişinlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol