Cəlilabadda yol qəzası olub,ölən və yaralanan var - Video

Cəlilabadda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
İki minik avtomobili toqquşub, daha sonra maşınlardan biri işıq dirəyinə çırpılıb.
Hadisə nəticəsində “VAZ 2101” markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin Gülsüm Abdullayeva isə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər