Evdə günlərlə tək qalan körpənin vəziyyəti açıqlanịb

Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir.Bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub:
“Hazırda uşağın müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
17.03.2025-ci il tarixində saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.
Martın 21-də Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.