• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
29.03.2025 13:46

Ramazan bayramı günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 7-10, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-də isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Cəmiyyət 17:32
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Cəmiyyət 17:15
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Cəmiyyət 16:24
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Cəmiyyət 14:27
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Ağdam Sarıcalı kəndinə 146 nəfər köçürülüb
Cəmiyyət 14:14
Ağdam Sarıcalı kəndinə 146 nəfər köçürülüb
Sabah yağış yağacaq - Hava proqnozu
Cəmiyyət 13:25
Sabah yağış yağacaq - Hava proqnozu
DMX onlara yaşamaq üçün icazə vəsiqələri təqdim edib
Cəmiyyət 12:54
DMX onlara yaşamaq üçün icazə vəsiqələri təqdim edib
Heyvan otaran şəxs Ağdamda minaya düşüb
Cəmiyyət 11:55
Heyvan otaran şəxs Ağdamda minaya düşüb
Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub
Cəmiyyət 11:37
Vətəndaşların “BakıKart”dakı balansı bərpa olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol