Mingəçevirdə qadın ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib

Mingəçevirdə 2 uşaq anası ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.
Trend-in məlumatına görə, Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.
Mingəçevir şəhər xəstəxanasına çatdırılan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb.
Son xəbərlər
Daha çox 