• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yayıb

TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yayıb
31.03.2025 13:44

TƏBİB Sabirabadda bayram günlərində iki döl və bir körpənin tələf olması ilə bağlı məlumat yayıb.

"Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.

Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Digər hospitalizasiya olunan 39-40 həftəlik hamilə, 2006-cı il təvəllüdlü şəxsdə isə doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub.

Hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir",-TƏBİB-in məlumatında bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda şüşə sexində yanğın baş verib - Video
Cəmiyyət 22:28
Sumqayıtda şüşə sexində yanğın baş verib - Video
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: Meyitləri çıxaranda yaralandım
Cəmiyyət 20:31
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: Meyitləri çıxaranda yaralandım
Yasamalda yaşayış binasının damında qanunsuz aparılan işlər dayandırılıb
Cəmiyyət 19:24
Yasamalda yaşayış binasının damında qanunsuz aparılan işlər dayandırılıb
Sabah İmişlinin bir hissəsində qaz kəsiləcək
Cəmiyyət 18:54
Sabah İmişlinin bir hissəsində qaz kəsiləcək
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 18:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Nigar Fərhadın verilişi bağlanıb
Cəmiyyət 18:12
Nigar Fərhadın verilişi bağlanıb
Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Cəmiyyət 18:07
Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Təmir gedə-gedə kabab bişirdilər - Fotolar
Cəmiyyət 17:47
Təmir gedə-gedə kabab bişirdilər - Fotolar
213 mənzil minimum 954 manat ödəməklə kirayə satışa çıxarılacaq
Cəmiyyət 17:40
213 mənzil minimum 954 manat ödəməklə kirayə satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol