Audiovizual Şura aparıcının səsləndirdiyi fikirlərlə bağlı tədbir görəcək

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” proqramında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.Bu barədə Audiovizual Şuaradan məlumat verilib.
"Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir", - məlumatda qeyd olunub.
Nigar Fərhad aparıcısı olduğu verilişdə "Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” fikirlərini səsləndirib və onun səsləndirdiyi fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.