Azərbaycanlı hakim Avropa çempionatının oyunlarına təyinat alıb

Azərbaycanlı hakim Fəridə Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.Bu barədə AFFA-nın rəsmi saytında bildirilib.
FİFA referisi II qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. Lütfəliyeva aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qrup oyunları Moldovada baş tutacaq.