Hacı Vəliyev saxlanılıb - Yenilənib

Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 sutka həbs cəzası çıxarılıb.
11:38
"Gənc Qazilər Birliyi"nin sədri Hacı Vəliyev saxlanılıb.
Bu barədə məlumatı Gununsesi.info-yaonun yaxınları verib.
Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.
Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir.