• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

Bu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Bu gündən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
01.04.2025 11:51

Bu gündən Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye balıq ovuna moratorium qüvvəyə minir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva daxili su hövzələrində sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağanın sentyabrın 1-dək davam edəcəyini bildirib.

Xidmət rəsmisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər: “Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır”.

Babayeva qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:00
Bu ərazilərdə qaz olmayacaq
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
Cəmiyyət 18:30
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
Cəmiyyət 17:48
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Cəmiyyət 17:32
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Cəmiyyət 17:15
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Cəmiyyət 16:24
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Cəmiyyət 14:27
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Ağdam Sarıcalı kəndinə 146 nəfər köçürülüb
Cəmiyyət 14:14
Ağdam Sarıcalı kəndinə 146 nəfər köçürülüb
Sabah yağış yağacaq - Hava proqnozu
Cəmiyyət 13:25
Sabah yağış yağacaq - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol