• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

Martda nə qədər ərazi minadan təmizlənib? - Rəsmi

Martda nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
01.04.2025 15:12

Martda azad olunan ərazilərdə 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik icmalında bildirib.

Məlumata əsasən, 4556 hektar ərazi minalardan təmizlənib.

2025-ci ildə Qarabağda 65 min hektar ərazinin minadan təmizlənməsi nəzərdə tutulur. Bu barədə baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdim edərkən deyib. 

Ötən il işğaldan azad edilmiş ərazilərdə 62 min hektar minadan təmizlənib. 

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 
 
Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Utair” Moskvadan Lənkərana reyslər açır
Cəmiyyət 20:23
“Utair” Moskvadan Lənkərana reyslər açır
Sabirabadda 2 döl və 1 körpənin ölüm faktı prokurorluqda araşdırılır
Cəmiyyət 19:35
Sabirabadda 2 döl və 1 körpənin ölüm faktı prokurorluqda araşdırılır
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:00
Bu ərazilərdə qaz olmayacaq
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
Cəmiyyət 18:30
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
Cəmiyyət 17:48
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Cəmiyyət 17:32
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Cəmiyyət 17:15
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Cəmiyyət 16:24
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Cəmiyyət 14:27
Yeni dövlət qeydiyyatına alınan 187 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol