• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

Təmir gedə-gedə kabab bişirdilər - Fotolar

Təmir gedə-gedə kabab bişirdilər - Fotolar
01.04.2025 17:47

“Top Qapı” restoranının sahibi barəsində inzibati icraata başlanıb.  Bu barədə AQTA-dan məlumat verilib. 

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən fiziki şəxs Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanmışdı və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılmışdı.

Agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.  

Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində Agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən  müvəqqəti məhdudiyyət tətbiq olunub. 

Sözügedən restoranda yoxlama zamanı ətin ilkin emalı, mətbəx, soyuq qəlyanaltıların hazırlanması, təndirxana, anbar və işçilərin soyunub-geyinmə sahələrində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, bu sahələrin mütəmadi təmizlənib dezinfeksiya edilmədiyi ortaya çıxmışdı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda küçədə kişi meyiti tapılıb
Cəmiyyət 20:52
Sumqayıtda küçədə kişi meyiti tapılıb
“Utair” Moskvadan Lənkərana reyslər açır
Cəmiyyət 20:23
“Utair” Moskvadan Lənkərana reyslər açır
Sabirabadda 2 döl və 1 körpənin ölüm faktı prokurorluqda araşdırılır
Cəmiyyət 19:35
Sabirabadda 2 döl və 1 körpənin ölüm faktı prokurorluqda araşdırılır
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:00
Bu ərazilərdə qaz olmayacaq
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
Cəmiyyət 18:30
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
Cəmiyyət 17:48
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Cəmiyyət 17:32
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Cəmiyyət 17:15
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Cəmiyyət 16:24
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol