• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib

Azərbaycan axtarışda olan şəxsi Özbəkistana təhvil verib
01.04.2025 18:07

1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Xolmurzayev Arslan Bekpulat oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluqdan bildirilib.

Özbəkistanda xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.B.Xolmurzayev cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda küçədə kişi meyiti tapılıb
Cəmiyyət 20:52
Sumqayıtda küçədə kişi meyiti tapılıb
“Utair” Moskvadan Lənkərana reyslər açır
Cəmiyyət 20:23
“Utair” Moskvadan Lənkərana reyslər açır
Sabirabadda 2 döl və 1 körpənin ölüm faktı prokurorluqda araşdırılır
Cəmiyyət 19:35
Sabirabadda 2 döl və 1 körpənin ölüm faktı prokurorluqda araşdırılır
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:00
Bu ərazilərdə qaz olmayacaq
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
Cəmiyyət 18:30
“Azercell könüllüləri” xeyriyyə yarmarkası həyata keçirdi
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
Cəmiyyət 17:48
BMW öz avtomobillərində Çin süni intellektinə keçəcək
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Cəmiyyət 17:32
5 ölkədən Azərbaycana gətirilən ətlər yararsız olub
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Cəmiyyət 17:15
Hacıqabulda nar şirəsi istehsal ediləcək
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Cəmiyyət 16:24
Dövlət Su Ehtiyatları Agentliyi bu prosesə təkbaşına nəzarət edəcək - Qərar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol