• $ 1.7
  • € 1.8849
  • ₽ 2.0239
  • ₺ 0.0448
  • £ 2.2267

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanları keçiriləcək

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanları keçiriləcək
06.04.2025 08:55

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il aprelin 6-da inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.Bu barədə DİM-dən bildirilib.

İmtahanda iştirak üçün 1636 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 11:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

Fəaliyyətin davam etdirilməsi üzrə  imtahanda iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 26, BB qrupu üzrə isə 96 olmaqla, ümumilikdə 128 namizəd  qeydiyyatdan keçib. 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə  daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

İmtahanların keçirilməsi üçün 10 imtahan rəhbəri, 114 nəzarətçi və 8 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DİN-dən xəbərdarlıq
Cəmiyyət 21:30
DİN-dən xəbərdarlıq
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 20:15
Sabah bu ərazilərdə işıq olmayacaq
Küçədə qeyri-adekvat hərəkət edən yarıçılapaq şəxs saxlanılıb
Cəmiyyət 17:43
Küçədə qeyri-adekvat hərəkət edən yarıçılapaq şəxs saxlanılıb
Külək güclənib – Faktiki hava - Yenilənib
Cəmiyyət 15:55
Külək güclənib – Faktiki hava - Yenilənib
Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub
Cəmiyyət 15:34
Qaxda dağlıq ərazidə torpaq sürüşməsi olub
Bu ərazidə su olmayacaq
Cəmiyyət 15:10
Bu ərazidə su olmayacaq
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər – Yenilənib
Cəmiyyət 13:18
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər – Yenilənib
Bakı Konqres Mərkəzində problem yaranıb, tədbirlər təxirə salınıb
Cəmiyyət 12:56
Bakı Konqres Mərkəzində problem yaranıb, tədbirlər təxirə salınıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:41
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol