• $ 1.7
  • € 1.8849
  • ₽ 2.0239
  • ₺ 0.0448
  • £ 2.2267

Ağdamda ata və azyaşlı övladları minaya düşüblər – Yenilənib

Ağdamda ata və azyaşlı övladları minaya düşüblər – Yenilənib
06.04.2025 13:18

Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb.Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, mina xəsarəti alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1983-cü il təvəllüdlü Məmmədov Səbuhi Elman oğluna sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

2012-ci il təvəllüdlü Məmmədova Dəniz Səbuhi qızına hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü Məmmədov Elmar Səbuhi oğlu isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

10:59

Aprelin 6-da Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və ANAMA Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib.

1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 31 dərəcə isti gözlənilir - Proqnoz
Cəmiyyət 13:20
Sabah 31 dərəcə isti gözlənilir - Proqnoz
Britaniya səfirliyiAzərbaycan xalqına başsağlığı verib
Cəmiyyət 12:31
Britaniya səfirliyiAzərbaycan xalqına başsağlığı verib
İlin sonuna kimi Rusiya istehsalı olan 30 vaqon ölkəyə gətiriləcək
Cəmiyyət 12:17
İlin sonuna kimi Rusiya istehsalı olan 30 vaqon ölkəyə gətiriləcək
Bazarstore”dan möhtəşəm 5 Gün kampaniyası sizi gözləyir
Cəmiyyət 12:07
Bazarstore”dan möhtəşəm 5 Gün kampaniyası sizi gözləyir
Mayın 1-dən uşaqların I sinfə qəbul prosesi başlayacaq
Cəmiyyət 11:24
Mayın 1-dən uşaqların I sinfə qəbul prosesi başlayacaq
Cəbrayılda hərbçi minaya düşərək həlak olub - Yenilənib
Cəmiyyət 10:50
Cəbrayılda hərbçi minaya düşərək həlak olub - Yenilənib
FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib
Cəmiyyət 10:38
FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib
Bakının iki rayonunda qaz olmayacaq
Cəmiyyət 09:59
Bakının iki rayonunda qaz olmayacaq
DİN-dən xəbərdarlıq
Cəmiyyət 21:30
DİN-dən xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol