İlin sonuna kimi Rusiya istehsalı olan 30 vaqon ölkəyə gətiriləcək

2025-ci ilin sonuna kimi Rusiya istehsalı olan 30 vaqon ölkəyə gətiriləcək. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov bildirib.
"İmzalanmış müvafiq sənədə görə, ilin sonuna kimi Rusiya istehsalı olan 30 vaqon ölkəyə gətiriləcək. Daha sonra 2030-cu ilə qədər əlavə 300 ədəd vaqonun başqa ölkədən alınması nəzərdə tutulub. Hansı ölkədən alınması hələ dəqiq bilinmir. Gətirilən vaqonların Bənövşəyi xəttə istismara verilməsi nəzərdə tutulub",- Emil Əhmədov vurğulayıb.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox 