Suqovuşana növbəti 53 ailə yola salınıb

Ağdərənin Suqovuşan kəndinə 53 ailə olmaqla 185 nəfər yola salınıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi məlumat verib.
İndiyədək Suqovuşana 126 ailənin köçürülməsi təmin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Suqovuşan 2020-ci ilin oktyabrında Azərbaycan ordusu tərəfindən azad olunub. 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Gülnar
Son xəbərlər
Daha çox 