• $ 1.7
  • € 1.8849
  • ₽ 2.0239
  • ₺ 0.0448
  • £ 2.2267

Ədalət Verdiyevə şərti cəza verilib

Ədalət Verdiyevə şərti cəza verilib
07.04.2025 18:26

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. O, 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Ədalət Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək
Cəmiyyət 21:21
Ölkədən getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndəriləcək
Qondarma rejimin saytları “.am” domeni ilə qeydiyyata alınırdı - David Babayan
Cəmiyyət 21:12
Qondarma rejimin saytları “.am” domeni ilə qeydiyyata alınırdı - David Babayan
İtkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilib
Cəmiyyət 20:26
İtkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilib
Metronun “28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:05
Metronun “28 May” - “Dərnəgül” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq
Oxşar istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdiriləcək
Cəmiyyət 19:00
Oxşar istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdiriləcək
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 18:40
Sabah bu ərazidə qaz olmayacaq
Ədalət Verdiyevə şərti cəza verilib
Cəmiyyət 18:26
Ədalət Verdiyevə şərti cəza verilib
Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub
Cəmiyyət 18:21
Bəzi xarici şirkətlərdən Azərbaycana məhsul idxalına qadağa qoyulub
“Sədərək” və “Binə” ilə bağlı bu qurum cəzalandırıldı- Video
Cəmiyyət 17:36
“Sədərək” və “Binə” ilə bağlı bu qurum cəzalandırıldı- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol