Küləkli hava ilə bağlı sarı xəbərdarlıq edilib

Aprelin 8-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Kəlbəcər, Laçın, Naxçıvan MR, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuzda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
