Bəxtiyar Hacıyevin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin hökmlə bağlı verilmiş şikayətlə bağlı vəsasətətini təmin etməyib. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Bakı Ağır Cinayətlər Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm oxuyub.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "xuliqanlıq” (CM-nin 221-ci maddəsi) və "məhkəməyə hörmətsizlik” (CM-nin 289-cu maddəsi) nəzərdə tutan maddələri ilə ittiham olunur.
Bu ilin iyulunda onun ittiham olunduğu maddələrin üzərinə 192-ci (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə etmə) maddələri də əlavə edilib.
Noyabrda isə o əlavə olaraq Cinayət Məcəlləsinin 213.1 (vergiləri, işsizlikdən sığorta ödənişlərini, icbari tibbi və sosial sığortanı ödəməkdən yayınma) maddəsi ilə ittiham olunub.
Bəxtiyar Hacıyev ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını bildirib və siyasi motivlərlə həbs olunduğunu bəyan edib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Bəxtiyar Hacıyev ABŞ-ın Harvard universitetinin məzunudur. Bu universiteti beynəlxalq münasibətlər ixtisası üzrə bitirib və vətənə qayıdandan sonra əsasən hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.
Gülnar