Bir gündə vətəndaşların kart hesabından 88 min manata yaxın manat oğurlanıb

Son bir gündə vətəndaşların kart hesabından 87067 manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb", - məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyi aprelin 7-də vətəndaşların kart hesablarından 70 min manata yaxın vəsait oğurlandığını açıqlamışdı.
Gülnar Nazimqızı