• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
17.04.2025 19:20

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin  Azərbaycana yeni təyin olunmuş səfiri Əhməd Metani qəbul edib.Bu barədə XİN-dən bildirilib.

Səfir Əhməd Metani etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfir Əhməd Metanini təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı, Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərqdə və Qəzzada təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional sülh və quruculuq səyləri müzakirə olunub. Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin mövcudluğu qeyd edilib.

Tərəflər Yaxın Şərqdə və xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.

Azərbaycanın münaqişədən əziyyət çəkən dost Fələstin xalqının humanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi yardımlar minnətdarlıqla qeyd olunub.

Nazir Ceyhun Bayramov, keçmiş münaqişə dönəmində, həmçinin qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.

Səfir Əhməd Metani qəbula görə təşəkkür edib, Fələstinin Azərbaycandakı səfiri təyin edilməsinin qürurverici olduğunu, bundan sonra da səfir qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol