Cəzaçəkmə müəssisəsində doğulan uşaqların sayı açıqlanıb

Son dörd ildə cəzaçəkmə müəssisəsində 30 uşaq doğulub. Bu barədə Ədliyə Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
Qurumdan həmin dövrlərdədə qadınların doğuş zamanı heç bir ölüm faktına rast gəlinmədiyi açıqlanıb.
Ölkədə mövcud olan qanunvericiliyə görə 3 yaşına kimi uşaqlar valideynlərinin yanında cəzaçəkmə müəssisəsində qala bilər.
Son statistikaya görə hazırda Azərbaycanda 600-ya yaxın qadın həbsdədir.
Ümumilikdə ölkədə hər 100 min nəfərə 220-230 yaxın məhbus düşür.
Gülnar