Natavan Bayramova vəzifəsindən azad edilib

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natavan Bayramova öz istəyi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə Bayramova öz sosial hesabında yazıb.
"Artıq iki ildir fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidmətindəki işimdən öz xahişimlə ayrıldım. Bu illər ərzində mənə dəstək, kömək olan hər kəsə öz təşəkkürümü bildirirəm. İnşallah yeni başlanğıclarda yenidən görüşmək diləyi ilə...", - paylaşımda deyilir.
Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi.
Bundan əvvəl Natavan Bayramova "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Gülnar Nazimqızı