Son bir gün kart hesablarından 25 min manata yaxın pul oğurlanıb

Son bir gündə vətəndaşların kart hesabından 24 864 manat vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 15 650, 2000, 1400, 1020, 1000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb", - məlumatda deyilir.
DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir.
Daxili İşlər Nazirliyi son 4 gün ərzində vətəndaşların kart hesablarından 200 min manatdan çox vəsait oğurlandığını açıqlamışdı.
Gülnar Nazimqızı