• $ 1.7
  • € 1.9245
  • ₽ 2.0345
  • ₺ 0.0447
  • £ 2.2136

Sərhəddən ölkəyə 32 kiloqram narkotik vasitənin keçrilməsinin qarşısı alınıb

Sərhəddən ölkəyə 32 kiloqram narkotik vasitənin keçrilməsinin qarşısı alınıb
12.04.2025 14:30

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açılıb.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilmiş, biri saxlanılmış, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.

Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.

Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda 7-ci sinif şagirdi itkin düşüb
Cəmiyyət 23:36
Xaçmazda 7-ci sinif şagirdi itkin düşüb
Bakıda itkin düşən məktəbli tapılıb - Yenilənib
Cəmiyyət 22:55
Bakıda itkin düşən məktəbli tapılıb - Yenilənib
Lənkəranda antibiotik vurduran şəxs ölüb
Cəmiyyət 22:30
Lənkəranda antibiotik vurduran şəxs ölüb
Qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqlayıb - Yenilənib
Cəmiyyət 22:12
Qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqlayıb - Yenilənib
Bakıda qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb
Cəmiyyət 21:56
Bakıda qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 19:17
İsmayıllıda zəlzələ olub
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb
Cəmiyyət 16:50
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb
Şamaxıda zəlzələ olub
Cəmiyyət 16:00
Şamaxıda zəlzələ olub
Aeroport yolunda qəza olub,sıxlıq yaranıb
Cəmiyyət 15:10
Aeroport yolunda qəza olub,sıxlıq yaranıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol