Qəbələdə 17 yaşlı oğlan itkin düşüb

Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.Bu barədə DİN məlumat yayıb.
Məlumata görə, onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.
Əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.
M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Son xəbərlər
Daha çox 