Xaçmazda itkin düşən 7-ci sinif şagirdi tapılıb -Yenilənib

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırma aparılır.
23:36
Xaçmazda 7-ci sinif şagirdi itkin düşüb.
DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, rayon sakini 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər 08:30 radələrində repetitor yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.
Məktəblinin barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Son xəbərlər
Daha çox 