Qarabağ Universitetində daha 10 fakültənin açılması gözlənilir

Qarabağ Universitetində növbəti illərdə daha 10 fakülətnin açılması planlaşdırılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndində keçirilən konfrans zamanı deyib.
Növbəti 5 ildə Qarabağ Universitetində 7 min tələbənin təhsil alması nəzərdə tutulur.
Universitetdə həmçinin klinika və tibb fakültəsinin yaradılması gözlənilir.
Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.
33 ildən sonra bu il ilk dəfə Qarabağ Universitetində yenidən tələbələr təhsil almaq imkanı qazanıb.
Universitetdə təhsil alan tələbələr üçün müəyyən güzəştlər tətbiq edilib.
Qarabağ Univrsitetində tədris iki dildə -Azərbaycan və İngilis dilində aparılacaq.
Hazırda universitetin 1120 tələbəsi var.
Gülnar
Son xəbərlər
Daha çox 