• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olunub

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olunub
14.04.2025 22:40

"Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlanıb.

Müraciətdə qeyd olunur ki, 2022-ci ilin sentyabrında həbs edilən jurnalist həbsdə olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə üzləşib. Bir gözündən əməliyyat olunsa da, digər gözündə ehtiyac yaranmasına baxmayaraq, həkimlər həbsxana şəraitində müdaxiləyə imkan verməyiblər.

Son müayinələr zamanı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Zeynallıya "metastatik yoğun bağırsaq xərçəngi (qara ciyərə yayılma ilə)” diaqnozu qoyulub. Bu isə xəstəliyin irəliləmiş və həyati təhlükə yaradan mərhələsi hesab olunur. Müraciətdə bildirilir ki, onun sağlamlıq vəziyyəti peşəkar müalicə tələb edir və bu proseslərin həbsxana şəraitində aparılması mümkün deyil.

Əvəz Zeynallının ictimai fəaliyyəti, ailə vəziyyəti və şəxsi keyfiyyətləri nəzərə alınaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və azadlığa buraxılması istənilib.

Müraciətin sonunda Prezidentə belə səslənilir:

"Cənab Prezident!

Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız!

İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.”

Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb: 

Novella Cəfəroğlu – Hüququ müdafiəçisi

Səadət Bənənyarlı – Hüquq müdafiəçisi

Arzu Abdullayeva – Hüquq müdafiəçisi

Səidə Qocamanlı – Hüquq müdafiəçisi

Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi

Hilal Məmmədov – Hüquq müdafiəçisi

Fikrət Cəfərli – Hüququ müdafiəçisi

Vüqar Məmmədov -"Hürriyyət” Media Qrupunun rəhbəri

Mehman Əliyev – jurnalist

Zaur Qəriboğlu – "Reaksiya” Media Qrupunun rəhbəri

Rauf Arifoğlu –" Yeni Müsavat” MQ-nun rəhbəri

Sevil Nuriyeva – media nümayəndəsi

Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist

Elçin Zahiroğlu – jurnalist

İkram Rəhimov – jurnalist

Ceyhun Musayev – jurnalist

Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi

Şirin Cəfəri – "Gündəm Xəbər” MQ-nun rəhbəri

Nəsimi Şərəfxanlı – "Cümhüriyyət” MQ-nun rəhbəri

Zülfüqar Savaş – Savash.org saytının rəhbəri

Murad Köhnəqala – yazıçı, jurnalist

Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi

Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi

Kamran Həsənli – aparıcı jurnalist

Rüstəm Behrudi – Şair

Niyaz Niftiyev – Tarixçi, jurnalist

Elxan Şükürlü – jurnalist

Fadil Paşayev – Konkret az saytının rəhbəri

Bəhram İsmayıl – ABP sədri

Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri

Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri

Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri

İqbal Ağazadə – Ümid Partiyasının sədri

Qorxmaz İbrahimli – MHB rəhbəri

Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası

Səbirə Mahmudova – veteran jurnalist

Elçin Həsənzadə – Hüquq müdafiəçisi

İlqar Hüseynli – "Xural” Media Qrupunun əməkdaşı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:20
Sabahın havası açıqlanıb
Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Cəmiyyət 11:25
Son bir həftədə təmizlənən minalı ərazilərin həcmi açıqlanıb
Prezident Qlobal Cənub QHT Platformasının iştirakçılarına müraciət edib
Cəmiyyət 10:24
Prezident Qlobal Cənub QHT Platformasının iştirakçılarına müraciət edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:42
Faktiki hava açıqlanıb
Xocalıya növbəti köç yola salınıb
Cəmiyyət 09:20
Xocalıya növbəti köç yola salınıb
Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 23:56
Gəncədə iki minik maşını toqquşub, xəsarət alan var
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
Cəmiyyət 22:50
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına hazırlıqlar tamamlanıb
Gəncədə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb
Cəmiyyət 21:45
Gəncədə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb
Sabah Babək rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Cəmiyyət 20:53
Sabah Babək rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol