Növbəti 4 ildə ümumi təhsilə 3 milyard manat xərclənəcək

Növbəti 4 il ərzində dövlət büdcəsindən ümumi təhsilə 2 milyard 959 milyon 239 min manat ayrılması planlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinin "2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə qeyd olunub.
Eyni zamanda yaxın 4 ildə peşə təhsilinə 108 520 min, orta ixtisas təhsilinə 139,806 min, ali təhsilə 752,839 min, məktəbəqədər təhsilə isə 544,836 min manat ayrılması proqnozlaşdırılır.
Təhsil sisteminin rəqəmsallaşdırılması üçün isə 79,824 min manat ayrılması gözlənilir.
Təhsil sahəsində tətbiqi tədqiqatlara isə qarşıdakı 4 ildə 8,489 min manat xərclənəcək.
Gülnar Nazimqızı
