• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən kütləvi heyvan cəsədlərinin aşkarlanmasına MÜNASİBƏT

Nazirlikdən kütləvi heyvan cəsədlərinin aşkarlanmasına MÜNASİBƏT
14.01.2014 15:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədlərinin tapılması hadisəsinə münasibət bildirib.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, böyük ehtimalla bu tullantılar meşə ərazisinə gecə saatlarında tökülüb. Onun sözlərinə görə, hər bir vətəndaşın meşəyə girmək hüququ var: “Bu hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hüquq-mühafizə orqanlarına məlumat veriblər və faktla bağlı onlar tərəfindən müvafiq araşdırma aparılır. Ümumiyyətlə, bu kimi hallarda araşdırmanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi apara bilməz. Misal üçün bir ağac kəsilən zaman kəsən şəxs məlum deyilsə, araşdırmanı ETSN apara bilməz. Ona görə də bu faktla bağlı da araşdırmanı hüquq-mühafizə orqanları aparır. İnsanların meşə sahəsindən bu cür məqsədlərlə istifadə etməsi bizi olduqca narahat edir. Bu, etik cəhətdən düzgün olmayan bir hadisədir. Meşələrin insanlar tərəfindən belə zibillənməsi bizi narahat edir. Ancaq bioloji cəhətdən meşə üçün ziyanlı hadisə deyil. Çünki tullantılar torpağa qarışdıqdan sonra gübrə olur”. Qeyd edək ki, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindəki meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol