• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Əvəz Zeynallının müraciətinə gələn həftə baxılacaq

Əvəz Zeynallının müraciətinə gələn həftə baxılacaq
17.04.2025 12:18

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı müraciətə aprelin 24-də baxılacaq. Bu barədə Nizami rayon Məhkəməsindən bildirilib.

Bildirilib ki, cəzasının qalan hissəsindən azad olunması ilə bağlı vəsatətə baxılacaq.

Məlumata görə, məhkəmə prosesi hakim Nigar Qədirlinin sədrliyi ilə aprelin 24-də baxılacaq.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur. O, istintaq dövründə ifadə verməkdən imtina edib.

Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Valideynlərin və hərbi xidmətdə olan gənclərin NƏZƏRİNƏ!
Cəmiyyət 23:13
Valideynlərin və hərbi xidmətdə olan gənclərin NƏZƏRİNƏ!
Giriş məlumatlarınız oğurlana bilər - DVX-dən XƏBƏRDARLIQ
Cəmiyyət 22:13
Giriş məlumatlarınız oğurlana bilər - DVX-dən XƏBƏRDARLIQ
Metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər ediləcək
Cəmiyyət 21:55
Metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər ediləcək
AYNA taksidən istifadə edənlərə müraciət edib
Cəmiyyət 21:10
AYNA taksidən istifadə edənlərə müraciət edib
DİN-dən ÇAĞIRIŞ: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
Cəmiyyət 20:39
DİN-dən ÇAĞIRIŞ: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Cəmiyyət 20:16
Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Cəmiyyət 19:44
Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri nümayəndələrinin görüşü olub
Cəmiyyət 18:55
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri nümayəndələrinin görüşü olub
Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
Cəmiyyət 18:12
Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol