• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova MDB PA-nın iclasında çıxış edib

Sahibə Qafarova MDB PA-nın iclasında çıxış edib
18.04.2025 18:30

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.

Azərbaycanın faşizm üzərində tarixi Qələbədə böyük rolunu qeyd edən Sahibə Qafarova diqqətə çatdırıb ki, cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi.Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Bu müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub.

Qafarova bu tarixi Qələbədə Azərbaycan neftinin böyük rolundan danışaraq bildirib ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dörddə üçü, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü.

Spiker qeyd edib ki, Azərbaycanda İkinci Dünya müharibəsi veteranlarına diqqət və qayğı bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu istiqamətdə Prezident tərəfindən imzalanmış çoxsaylı sərəncamlar – müharibə veteranlarına göstərilən qayğının artırılması və onların sosial müdafiəsinin gücləndirilməsi bunun bariz sübutudur.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol