• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən çox yol qəzası baş verən prospektlər - SİYAHI

Bakıda ən çox yol qəzası baş verən prospektlər - SİYAHI
14.01.2014 12:52
Azərbaycan paytaxtı ərazisində ən çox yol-nəqliyyat hadisəsi baş verən prospektlərin adları açıqlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, 2013-cü ildə Bakı şəhərində 1011 yol qəzası baş verib. Nəticədə 342 nəfər ölüb, 1000 nəfər xəsarət alıb. 2012-ci illə müqayisədə 57 yol qəzası faktı və 126 xəsarət halı azalsa da, ölüm hallarının sayı 12 fakt artıb. Baş verən yol qəzalarının əksəriyyəti sürücülərin surət həddini aşması və yolayrıcı keçmə qaydalarını pozma səbəbindən baş verib. Ötən il baş verən hadisələrin əksəriyyəti həftənin birinci günü və şənbə- bazar günlərinin axşam saatlarında qeydə alınıb. Qəzaların əksəriyyəti saat 13.00 dan 18.00-a qədər və 20.00-dan 24.00-a qədər olan müddətlərə təsadüf edib. Qəzaların 52.1%-i piyadaların vurulması ilə nəticələnib. Belə ki, ötən il piyadaların vurulması ilə nəticələnən 527 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 179 nəfər ölüb, 379 nəfər yaralanıb.  Qəzalar əsasən paytaxtın Heydər Əliyev, Nobel, Azadlıq, Qara Qarayev, Ziya Bünyadov prospektlərində qeydə alınıb. 2013-cü ildə paytaxtda nizamlanmayan yol ayrıclarından keçən 140 min piyada inzibati məsuliyyətə cəlb edilib. Avtomobili sərxoş halda idarə edən 2908 sürücü haqqında inzibati protokol tərtib olunub. Keçən il ümumilikdə yol hərəkət qaydasını pozma faktı ilə bağlı 602 min 283 inzibati protokol tərtib edilib. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol