• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Dələduzluqla aldı, söz verdi, qaçdı: Sahibkarın 250 minlik ədalət axtarışı- ŞİKAYƏT

Dələduzluqla aldı, söz verdi, qaçdı: Sahibkarın 250 minlik ədalət axtarışı- ŞİKAYƏT
01.05.2025 17:40

Bakı sakini Bilal Hacıyev ona qarşı dələduzluq edən iki qardaş Zaur Kərimov və Samid Kərimovdan  barəsində ona olan borcun qaytarılması ilə bağlı qərarın olmasına baxmayaraq hələ də azadlıqda gəzməsindən şikayətçidir. Bu barədə o özü anews.az-a bildirib.

Onun sözlərinə görə, Bakı şəhər Yasamal rayon məhkəməsi Bilal Hacıyevin şikayətinə baxıb.

"Məhkəmə vaxtı Zaur  Kərimov mənə olan borcunu təsdiqləyib və qaytaracağına söz verib. Məhkəmə borcun qaytarılması barədə qərar çıxarıb. Amma üstündən uzun müddət keçsə də Zaur Kərimov məhkəmə qərarını icra etməyib və bu səbəbdən axtarışa verilib",  -  Hacıyev bildirib. 

O, həmçinin borcun armatur zavoduna şərik olmaq istəməsi ilə bağlı yarandığını söyləyib.

"Bizim həmin şəxslə müxtəlif vaxtlarda ticarət əlaqələrimiz olub. Sonuncu dəfə 2016-cı ildə ona  Suraxanı armatur zavoduna şərik olmaqla bağlı 27300 dollar məbləğində pul vermişəm. Ancaq zavoddan heç bir gəlir almamışam. Verdiyim pulu da qaytarmırlar", - şikayətçi bildirib.

Bilal Hacıyev əlavə edib ki, Zaur Kərimovun  ailə üzvü Dövlət Təhlükəsizlik Xidmətində çalışır və qaynatasının axtarışda olduğunu bilə-bilə bu barədə hüquq mühafizə orqanlarına məlumat vermir.  

"Həmin şəxsin mənə pul borcu var.  Bu şəxs mülki axtarışda olsa da,qohumunun evinə gəlib gedirdi. Əməkdaş bunu bilsə də,  polisə məlumat verməyib. Bununla bağlı  DTX-ya müraciət etmişəm. Şəxsin cəzalandırılmasını tələb etmişəm",- şikayətçi əlavə edib.

Onun tərəfindən təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin qərarına görə,   Zaur və Samid Kərimovlar Yasamal rayon məhkəməsinin qərarından Bakı Appelyasiya məhkəməsinə şikayət edib. Məhkəmə Samid Kərimovun şikayətini təmin etsə də Zaur Kərimovun borcu bağlaması barədə qərar verilib. 

Bilal Hacıyevin  onu da bildirib ki, bu qərarla bağlı mülki öhdəliyin yerinə yetirilməsindən yayındığı üçün Zaur Kərimov saxlanılıb və barəsində 20 günlük inzibati həbs tədbiri görülüb.

"Zaur Kərimov borcu qaytaracağına söz verdiyi üçün polis tərəfindən azadlığa buraxılıb. Lakin Zaur Kərimov mənə bir qəpik də olsun pul qaytarmayıb. Azadlıqda gəzir və polis orqanları bunu biləbilə onu həbs etmir",  -  Hacıyev deyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan da, Zaur Kərimovun işinə xitam verildiyi bildirilib.

"Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mülki öhdəliyin yerinə yetirilməsindən yayındığı üçün həmin şəxs barəsində açılmış axtarış işi ötən il təmin edildiyinə görə işə xitam verilib", -  regional qrupun açıqlamasında deyilir.

N.Təbrizli

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Cəmiyyət 23:06
Göygöldə avtomobil ağaca çırpılıb - xəsarət alanlar var
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Cəmiyyət 20:00
Salyanda 2000-dən çox ot bağlaması yanıb
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
Cəmiyyət 19:33
Goranboyda minik maşını ilə yük avtomobili toqquşub
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Cəmiyyət 15:30
İmişli Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Cəmiyyət 14:56
Kəlbəcər sakini Goranboyda minaya düşüb - Yenilənib
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Cəmiyyət 13:45
Rüfət Səfərovun həbs müddəti uzadılıb
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Cəmiyyət 13:13
Abşeron rayonunda silah-sursat aşkarlanıb
Sabah 36 dərəcə isti olacaq
Cəmiyyət 12:55
Sabah 36 dərəcə isti olacaq
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Cəmiyyət 12:01
Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol