Qubada körpü uçub, 30-dan çox kəndə gediş-gəliş çətinləşib

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
APA xəbər verir ki, çaya gələn güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.
Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.
Qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 30-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır.
Son xəbərlər
Daha çox 